“Rusiya Ukrayna ilə müharibənin dayandırılması barədə danışıqlarda mövqeyini keçmiş illərin təcrübəsinə əsasən, Qərbin onu dəfələrlə aldatdığı dönəmlərə əsasən formalaşdıracaq”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Onun sözlərinə görə, Rusiya indi Qərbin saxta vədlər şəbəkəsini müəyyən etməyin yollarını bilir:
“Rusiya bunları unutmur və biz təbii olaraq mövqeyimizin formalaşdırılması zamanı bunu nəzərə alacağıq”.
O, Qərbin Rusiyanı 2014-2015-ci illərdəki Minsk danışıqları zamanı altdığını deyib.
“Bu sənəd imkan verirdi ki, konflikti həll edək. Nəticədə Ukrayna da bütöv ola bilərdi, Donbasdakı rusların təhqir olunması da baş verməzdi, vətəndaş müharibəsi də, rusların Donbasda Ukraynadan ayrılmaq istəməsi də baş verməzdi”.
Peskov Ukrayna ilə bağlı danışıqlarda Kiyevin suverenliyinin defisiti və öz sözünə cavabdeh olmadığını nəzərə alaraq iştirak edəcəyini bildirib. O həmçinin Ukraynanı “ABŞ-ın vassalı yox, xidmətçisi” adlandırıb.
Əliyar Xəlil
Globalinfo.az