Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması nəzəri baxımdan yaxındır, amma sərhədin demarkasiyası ilə bağlı məsələlər sülh müqaviləsinin yaxın gələcəkdə imzalanmasını real etməyəcək.
Globalinfo.az xəbər veri ki, bunu ABŞ-nin “Stratfor” analitik mərkəzi açıqlayıb. Məlumata görə, Ermənistan-Azərbaycan sərhədində gərginlik ilin ikinci yarısında arta bilər. “Stratfor” bu ehtimalın delimitasiyanın dayanacağı halda reallaşa biləcəyini yazıb. Bununla belə ümumilikdə yaxın gələcəkdə böyük eskalasiya ehtimalının aşağı olduğu bildirilib.
Qeyd edək ki, “Stratfor” bundan öncə hesabatında Ermənistanın Tramp dövründə ABŞ-dan dəstəyinin azalacağını, Azərbaycanın isə daha prioritet ölkə olacağını bildirmişdi.