Üç avtobusun hərəkət sxemi dəyişdirilir – FOTOLAR

Üç avtobusun hərəkət sxemi dəyişdirilir - FOTOLAR

Xəbər verdiyimiz kimi, paytaxtın Nərimanov rayonunda aparılacaq təmir işləri ilə əlaqədar iki küçənin kəsişməsində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq. 

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Globalinfo.az-averilən məlumata görə, məhdudiyyətlə əlaqədar 17, 24 və 211 nömrəli marşrutların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək.

Dəyişikliyə əsasən, 17 nömrəli marşrut Əhməd Rəcəbli dairəsinədək, 24 nömrəli marşrut “Nəriman Nərimanov” metro stansiyasınadək, 211 nömrəli marşrut isə alternativ olaraq Əhməd Rəcəbli küçəsi, Ziya Bünyadov prospekti, Azad Hümbətov və Zaur Nudirəliyev küçələrindən keçməklə fəaliyyət göstərəcək.

Üç avtobusun hərəkət sxemi dəyişdirilir - FOTOLAR
Üç avtobusun hərəkət sxemi dəyişdirilir - FOTOLAR
Üç avtobusun hərəkət sxemi dəyişdirilir - FOTOLAR