d1c9a7a5 d12c 3c5e acb1 df6de2318607 850

Türkiyənin Osmaniye şəhərində meşə yanğını olub.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, yanğının söndürülməsi üçün intensiv tədbirlər görülüb. Hadisə yerinə çoxlu sayda yanğınsöndürmə briqadası cəlb edilib.

Yanğının yayılma riskini aradan qaldırmaq üçün qonşu şəhərlərdən yanğınsöndürmə briqadaları səfərbər edilib.

Beş saatdan sonra görülmüş müvafiq tədbirlər nəticəsində qeydə alınan yanğın artıq nəzarətə götürülüb və soyutma işləri aparılır.

Paylaş: