Vardanyanın bu “etirafı” ona baha başa gələ bilər

Keçmiş qondarma rejimin “dövlət naziri”, Qarabağda terrorçuluğu maliyyələşdirməkdə ittiham olunan Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabendin sözlərinə görə, R.Vardanyan ailəsinə yazdığı məktubda peşman olmadığını deyib.

Sitat: “Hadisələrin belə olacağını gözləmirdik. Saxlanılmasının üçüncü ayı tamam olacaq. Bizə yazdığı məktubda heç nəyə görə peşman olmadığını demişdi”.

Maraqlıdır, bu açıqlama Ruben Vardanyanla bağlı istintaqın gedişinə hansı dəyişiklik edə bilər?

Mövzunu Globalinfo.az-a şərh edən vəkil Mehman Muradlı deyib ki, Vardanyan terrorçudur.

"Azərbaycan vəkillərinin pandemiyaya hazır olmasını hətta Rusiya hüquqşünasları yüksək qiymətləndiriblər"-RƏY

Mehman Muradlı

O bildirib ki, Ruben Vardanyanın ailəsinə etirafedici məktub yazması heç nəyi dəyişmir:

“Ona maksimum cəza verilməlidir. Bunun bizdə qarşılığı ömürlük həbsdir. Amma Vardanyanı həbsxanada daimi yedizdirmək çox humanist davranış olar. Təəssüf ki, qanunvericilikdə ömürlülükdən sərt başqa cəza növü nəzərdə tutulmayıb. O nəyisə etiraf etsə də, etməsə də günahını sübut edəcək kifayət qədər faktlar var”.

Zaira Akifqızı
Globalinfo.az