girovlar

HƏMAS daha 3 girovu Beynəlxalq Qızıl Xaç Komitəsinə təhvil verib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki bu barədə İsrail mediası bildirib.

Məlumata görə, onların azadlığa buraxılması müqabilində İsrail 110 fələstinli məhbusu həbsdən azad edəcək. Beş Tailand vətəndaşının da bu gün azad edilə biləcəyi bildirilir.

HƏMAS və İsrail arasında üçüncü girov mübadiləsi Qəzzada öldürülmüş HƏMAS lideri Yəhya Sinvarın evinin qarşısında keçirilir.

2023-cü il oktyabrın 7-də HƏMAS Qəzza zolağından İsrail ərazisinə keçib, sərhəd yaşayış məntəqələrinin sakinləri öldürülüb, 250-yə yaxın adam girov götürülüb.

Qəzza zolağında atəşkəs yanvarın 19-dan qüvvəyə minib. Həmin gün HƏMAS üç israilli qadının da olduğu ilk girovu azad edib. İsrail buna cavab olaraq 90 fələstinli məhbusu həbsdən azad edib.

Yanvarın 25-də HƏMAS 4 girovu Qəzza zolağından azad edib. İsrail də öz növbəsində 200 fələstinlini həbsdən azad edib.

Paylaş: