075cd3ec 3ab3 32c4 8064 5c0a3bd085f2 850

Kürdəmir rayonunda avtomobil yoldan çıxaraq aşıb, xəsarət alan var.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Cəyli kəndində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı avtomobilin sürücüsü Qarayev Kirvin Vidadi oğlu kənd yolunda hərəkətdə olarkən qəfildən idarəetməni itirib və nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.

Hadisə zamanı avtomobildə olan sərnişin, 1994-cü il təvəllüdlü Qarasaqqal kənd sakini Əmrahov Asim Akif oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralı təcili tibbi yardım avtomobilinin köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.

Hazırda faktla bağlı araşdırma aparılır.

e4b3a954 65dd 3d2f aeee 9b67e9df506e 7c36d88d e7df 3052 8307 fc29ec81a815 3edce2ed c387 3286 ae34 62c951acf576

Paylaş: