“Qərb Ukraynada sülhə nail olmaq üçün Rusiyaya təzyiq göstərməyə davam etməlidir”.
Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
“Rusiyaya təzyiq edin. Müharibəni istəyən Rusiyadır və o, günahkardır”.
Zelenski Amerika prezidenti Donald Trampın neftin qiymətini aşağı salmaqla Ukraynadakı münaqişəyə son qoymaq ideyasını da dəyərləndirib.
“Enerji resursları sülhün və real təhlükəsizliyin ən mühüm açarlarından biridir”, – deyə Ukrayna lideri vurğulayıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az