“Bu gün Azərbaycan elə bir güclü dövlətdir ki, heç bir xarici təzyiq onu milli maraqlarından geri çəkilməyə məcbur edə bilmir. M.Ə.Rəsulzadə də bu gün sağ olsaydı, bügünkü müstəqil və güclü Azərbaycanla da, Prezident İlham Əliyevlə də fəxr edərdi”.
Globalinfo.az bildirir ki, deputat Kamal Cəfərov bunu öz “Facebook” profilində yazıb.
Deputat əlavə edir ki, həmin dövrdə Parlamentinin ilk iclasını istədikləri vaxtda 3 dekabr 1918-ci ildə keçirə bilmədilər:
“Elə Rəsulzadənin gözləri qarşısında ilk iclas günü Azərbaycan bayrağı Parlament binasının üzərindən götürüldü, yalnız binanın içərisində asmağa imkan verdilər”.
K.Cəfərov bugünkü Azərbaycanla o zamankı Azərbaycanı müqayisə edib:
“Müstəqil, güclü və öz milli maraqlarını hər şeydən üstün tutan Azərbaycan dövləti regionun lider ölkəsidir. İndi heç bir xarici qüvvə bizim dövlətimizin siyasətinə diktə edə bilmir”.