1604059067 araqci

“Moskva və Tehran arasında hərtərəfli əməkdaşlıq haqqında razılaşma hərbi alyansın yaradılmasını nəzərdə tutmur”.

Globalinfo.az xəbər verir ki, bunu İran xarici işlər naziri Abbas Araqçı deyib.

“Müqavilə özündə təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığı ehtiva edir, amma hərbi alyansın yaradılması məqsədi güdülmür”, – o bildirib.

Araqçının sözlərinə görə, razılaşmada əsas diqqət iqtisadiyyat və ticarətə yönəlib.

Qeyd edək ki, İran Prezidenti Məsud Pezeşkian cümə günü Rusiyaya səfər edəcək. O, Moskvada Rusiya lideri ilə hərtərəfli əməkdaşlıq barədə müqaviləni imzalayacaq.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: