
Yanvarın 7-də başlayan və indiyə qədər ən azı 24 nəfərin ölümünə, minlərlə mülkün kül olmasına səbəb olan və hələ də tam nəzarət altına alınmayan yanğının başlanmasını əks etdirən görüntü yayılıb.
Globalinfo.azAxar.az-a istinadən xəbər verir ki, görüntüləri “Haber7” paylaşıb.
Videoda yanğının adi bir tüstüdən başladığı əks olunub və bu da bir çoxlarını təəccübləndirib.
Qeyd edək ki, Los-Ancelesin müxtəlif yerlərində yanvarın 7-də səhər saatlarında başlayan və güclü külək səbəbiylə sürətlə yayılan yanğınlar indiyə qədər 37 min hektardan çox ərazini külə çevirib. Fəlakətdə 12 mindən çox mülk yanıb. İqtisadi itkilərin 250-275 milyard dollar civarında olduğu təxmin edilir.














