“NATO-nun Rumıniyadakı ən böyük hərbi bazası “Mihail Kogalniceanu” Rusiyaya qarşı müharibəyə başlamaq üçün tramplin kimi istifadə olunacaq”.
Globalinfo.az xəbər verir ki, bu fikirləri Rumıniya prezidentliyinə namizəd Kalin Georgesku söyləyib.
O bildirib ki, beynəlxalq ictimaiyyət Rumıniyada baş verənləri görmür:
“Heç kimin sülh və demokratiya ilə oynamağa haqqı yoxdur! Rumıniya münaqişəyə qoşulmağa sövq edilir. Buna yol vermək olmaz”.
Safura Bənnayeva
Globalinfo.az