Polşa Netanyahu ilə bağlı qərar verdi

Polşa Netanyahu ilə bağlı qərar verdi

Beynəlxalq Cinayət Məhkəməsinin qərarına baxmayaraq, Polşa hakimiyyəti Netanyahunun ölkəyə səfərinə icazə verib.

Globalinfo.az xəbər verir ki, bu barədə jurnalistlərə Polşanın Baş naziri Donald Tusk bildirib.

BCM-nin həbs qərarına baxmayaraq Polşa Netanyahunun təhlükəsizliyinə zəmanət verib.

“Məsələ əlbəttə ki, incədir. Bir tərəfdən bizdə Beynəlxalq Cinayət Məhkəməsinin hökmü var, digər yandan isə İsrailin baş naziri və digər nümayəndələr tədbirdə iştirak edərkən tam təhlükəsizlik hüququna malik olmalıdır. Mən bununla bağlı Ədliyyə və Xarici İşlər nazirindən qətnamə hazırlamağı xahiş etmişəm”, – deyə Tusk vurğulayıb.

Xatırladaq ki, daha öncə Beynəlxalq Cinayət Məhkəməsi Netanyahu və İsrailin keçmiş müdafiə naziri Yoav Qalantın həbsinə order verib.

Müşviq Tofiqoğlu
Globalinfo.az