Polşa ancaq bu şərtlə Ukraynaya elektrik enerjisi satışını artıra bilər

Polşa ancaq bu şərtlə Ukraynaya elektrik enerjisi satışını artıra bilər

“Polşa Ukraynaya daha çox elektrik enerjisi satmağa hazırdır”.

Globalinfo.az xəbər verir ki, bunu Polşanın İqlim və Ətraf Mühit naziri Paulina Hennig-Kloska deyib.

O bildirib ki, Kiyev hakimiyyəti belə bir xahişlə Varşavaya müraciət edərsə, Polşa Ukraynaya elektrik enerjisi tədarükünü artıracaq.

“Polşa Ukraynaya elektrik enerjisi satışını artıra biləcək. Ancaq bir şərtlə ki, Ukraynanın özü belə bir arzusunu ifadə etsin”, – o, vurğulayıb.

Qeyd edək ki, Polşa Rzeşov-Xmelnitski AES xətti ilə Ukrayna ilə elektrik enerjisi mübadiləsi aparır.

Müşviq Tofiqoğlu
Globalinfo.az