Bakıda avtobuslar gecə saatlarına kimi işləyəcək

Bakıda avtobuslar gecə saatlarına kimi işləyəcək

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar ictimai nəqliyyatın hərəkət qrafikinə dəyişiklik edilib.

Globalinfo.az-ın xəbərinə görə, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, avtobusların hərəkət qrafilki saat 01:30-a kimi uzadılıb.

“Qeyd edək ki, xətlər üzrə avtobusların sayı da artırılıb”, – deyə məlumatda bildirilir.