polis turk

Türkiyə Milli İstehbarat Təşkilatı (MİT) PKK/KCK-nın sözdə rəhbərlərindən biri olan Nüsrəddin Dəmiri İraqın Qara bölgəsində həyata keçirdiyi xüsusi əməliyyatla zərərsizləşdirib.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, məlumatı Türkiyə mediası yayıb.

Bildirilib ki, N.Dəmir 2021-2022-ci illərdə “Pəncə-Kilid” əməliyyatı bölgəsində təhlükəsizlik qüvvələrinə qarşı təşkil olunan hücumların planlaşdırılmasında iştirak edib və bu hücumları şəxsən izləyib.

Onun 2023-cü ildən etibarən İraqın Qara bölgəsində PKK/KCK-nın “rəhbər” səviyyəsində fəaliyyət göstərdiyi müəyyən olunub.

Bu səbəblə MİT tərəfindən xüsusi hədəf siyahısına daxil edilib.

Paylaş: