6772401c712026772401c712031735540764b6c5a72d7d4f85b65e5c3bb78cbd3253 1

“Azərbaycana Prezidentinin göstərişinə əsasən, Suriyada humanitar böhrandan əziyyət çəkən əhaliyə yardım məqsədilə müvafiq yardım göndərilir”.

Globalinfo.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasından Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə deyib.

O bildirib ki, sözügedən kanvoy, ümumilikdə, 200 tona yaxın ərzaq və qida məhsullarını əhatə edir: “Kanvoy Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Suriyaya və oradan da İdlib şəhərinə çatdırılacaq. Yardımın Türkiyənin AFAD təşkilatı vasitəsilə Suriyada ehtiyacı olan əhaliyə ayrılması nəzərdə tutulub”.

***

Suriyada Əsəd rejiminin süqutundan sonra yaranmış humanitar problemlərlə əlaqədar olaraq, Azərbaycandan Suriyaya ilk humanitar yardım karvanı yola düşüb.

Globalinfo.az xəbər verir ki, yüklərin yolasalma tədbirində Xarici İşlər Nazirliyinin nümayəndələri iştirak ediblər.

XİN Mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə jurnalistlərə açıqlamasında bildirib ki, yardım konvoyu 200 tona yaxın ərzaq və qida məhsullarını əhatə edir: “Konvoy Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Suriyaya və oradan da İdlib şəhərinə çatdırılacaq”.

Xatırladaq ki, Azərbaycan xarici işlər nazirinin müavinin rəhbərlik etdiyi nümayəndə heyəti Suriyada səfərdədir. Onlar keçid hökumətinin xarici işlər naziri ilə müvafiq görüş keçiriblər və Suriya ilə Azərbaycan arasındakı əməkdaşlıq məsələlərini müzakirə ediblər. Suriyada Azərbaycan səfirliyinin 2012-ci ildən fəaliyyət göstərməməsi və səfirliyin bərpası məsələsi də sözügedən görüşdə müzakirə olunub.

67723ffa0df4367723ffa0df4417355407298513399773ea9fefaba0309c50aa3ba0 67723ffa8e00167723ffa8e002173554072991a578c685b208a5916a9a39a2759627

Paylaş: