Günün fotosu: 87 yaşlı lənkəranlı ağsaqqal pensiyasından Türkiyəyə yardım göndərib

Lənkəranda yaşayan Mirzə adlı ağsaqqal (soyadını dəqiqləşdirə bilmədik-red.) Türkiyəyə yardım göndərib.

Globalinfo.az xəbər verir ki, 87 yaşlı Mirzə dayı aldığı 321 manat pensiyadan 100 manatını Türkiyədə zəlzələdən zərər görənlər üçün açılmış hesaba ianə olaraq köçürüb. Onun bu hərəkəti sosial mediada böyük diqqət çəkib.  Ağsaqqalın ünvanına alqış və xoş sözlər yazılıb. Hər kəs ona dua edir. Sosial şəbəkə istifadəçiləri Mirzə dayı ilə bağlı paylaşımlarında bu sözləri yazıblar: “Necə qürur duymayasan?!”.

Xatırladaq ki 2020-ci ildə Vətən müharibəsi zamanı da oxşar hadisə olmuşdu. Yaşlı, maddi imkanı olduqza zəif ağsaqqal banka gələrək Silahlı Qüvvələrin hesabına öz pensiyasını köçürmüşdü. Onun davranışı da sosial və peşəkar mediada gündəm olmuşdu. Belə nümunələr cəmiyyətə olduqca müsbət təsir göstərir. İnsanları hədəfə doğru daha da təşkilatlandırır. “İmkansız, ağsaaqal insan bunu etdisə, mən niyə etməyim?!” düşüncəsi şüurlara hakim kəsilir və hər kəs Vətən, millət üçün əlini daşın altına uzadır. Böyük fəlakətlərdən, müharibələrdən, böhranlardan cəmiyyəti sağ çıxaran, itkilər qarşılığında rudan düşməyə qoymayan bu cür nümunələrdir.

Tanrı Türkiyəmizə, uca Türk xalqına yar olsun.

Allah Azərbaycanımızı qorusun.

Gülnar Səlimova

Globalinfo.az