İranın İsrailə qarşı üçüncü hərbi əməliyyatı mütləq həyata keçiriləcək.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Baş Komandanının müavini Əli Fədəvi deyib.
Onun sözlərinə görə, İranın İsrailə qarşı üçüncü hərbi əməliyyatı mütləq həyata keçiriləcək:
“Bu gün hamı bilsin ki, “Sadiq 3” əməliyyatı mütləq müəyyən vaxtda və uyğun mövqedə həyata keçiriləcək”.