Tbilisidə yenidən etiraz aksiyası keçirilir.
Globalinfo.az xəbər verir ki, hökumətin istefasını və yeni parlament seçkilərinin təyin edilməsini tələb edən yüzlərlə insan yenidən parlament binası qarşısında toplaşıb, Rustaveli prospektini bağlayıblar.
Gürcüstanın sabiq Prezidenti Salome Zurabişvili Orbeliani sarayına gələn etirazçılarla görüşüb.
Mitinq iştirakçıları Salome Zurabişvilinin “Gürcüstanın yeganə legitim hakimiyyət təmsilçisi” olduğunu bəyan edib, ona “gördüyü işlərə görə təşəkkür” ediblər.
Salome Zurabişvili mətbuata açıqlama verməyib.