eli esedov 44

“Əməliyyat-axtarış fəaliyyəti prosesində gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrin növlərinin Siyahısı” genişləndirilib.

Globalinfo.az bildirir ki, Nazirlər Kabineti bu barədə qərar verib.

Siyahıya aşağıdakılar əlavə edilib:

7. İnsanın psixofiziki reaksiyalarının qeydi üçün çoxkanallı registratorlar;

18. Radioyayım qurğularının olduğu yerin müəyyən edilməsi və nəzarətdə

saxlanılması üçün nəzərdə tutulmuş radioavadanlıq daxil olmaqla, ötürülən məlumatın və

gizli yerləşdirilmiş texniki vasitələrin aşkar edilməsi üçün çoxfunksiyalı texniki vasitələr;

19. Akustik məlumatın məsafəyə ötürülməsi, işlənilməsi, gücləndirilməsi və

dəyişdirilməsi üçün texniki vasitələr;

20. Video və (və ya) audio məlumatın gücləndirilməsi, işlənilməsi, yazılması,

saxlanılması və əks etdirilməsi üçün kiçik ölçülü (50x50x50 mm-dən az) texniki vasitələr;

21. Təsvirin ötürülməsi, optik və ya optik-elektron dəyişdirilməsi üçün texniki

vasitələr;

22. Radioyayım tezlik diapazonlarından kənarda işləyən ötürücü-qəbuledici

radioavadanlıq;

23. Telefon danışıqlarının çoxkanallı (2 və daha çox xətlərdən) qeydini (yazılmasını)

aparan texniki vasitələr və proqram təminatları;

24. Radioefirdə nəzarət və axtarış həyata keçirilməsi üçün gizli daşınan

radiopelenqasiya və radionaviqasiya vasitələri.”.

X X X

“Azərbaycan Respublikasının Kosmik Agentliyi” (Azərkosmos) publik hüquqi şəxsin Nizamnamə fondu artırılıb.

Globalinfo.az bildirir ki, Nazirlər Kabineti bu barədə qərar verib.

Agentliyin nizamnamə fondunun məbləği 398605880 manatdan 473605880 manata qaldırılıb,

Paylaş: