“Biz Ukraynanın Qərb istehsalı uzaqmənzilli raketlərlə Bryansk və Kursk ərazilərinə hücumundan sonra “Oreşnik”i döyüş meydanında sınaqdan keçirdik”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin KTMT-nin Astanada keçirilən sammitində deyib.
Rusiya Prezidenti “Oreşnik” raketinin nüvə tərkibinin olmadığını bildirib:
“Bu, ən yeni qeyri-nüvə hipersəs zərbə sistemidir. Biz ərazilərimizin hücuma məruz qalmasından sonra onu döyüş meydanında sınaqdan keçirməyə məcbur olduq. Yəni bu, Qərb istehsalı ATACMS raketlərinin zərbələrinə cavab idi”.
Ayşən Mustafa
Globalinfo.az