632a1d9766947632a1d97669481663704471632a1d9766945632a1d9766946

Rusiyanın Zəngəzur nəqliyyat dəhlizi ilə bağlı mövqeyi dəyişməzdir. APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiyanın Nasionalnaya Oborona jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenko bildirib.

Onun sözlərinə görə, Rusiyanın Zəngəzur nəqliyyat dəhlizinin tezliklə işə salınmasının zəruriliyi və onun eksterritorial statusu ilə bağlı mövqeyi dəyişməz olaraq qalır:

“Bu layihənin praktiki həyata keçirilməsi üçün Nikol Paşinyan hökuməti və yaxud onun yerinə gələcək hər kəs bununla hesablaşmalı və nəzərə almalı olacaq”, – deyə rusiyalı ekspert “Telegram” hesabında yazıb.

Paylaş: