1690716540 646e2033733e9f821c1e4e41d27002d6untitled 1 jpg

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Bayden Administrasiyasının Ukraynada piyada əleyhinə minalardan istifadəyə razılıq verdiyini təsdiqləyib.

Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyindən TASS-a bildirilib.

O da bildirilib ki, Ukrayna tərəfi ABŞ-ın göndərəcəyi minaların mülki vətəndaşlara qarşı istifadə olunmayacağına dair öhdəlik götürüb.

X X X

ABŞ prezidenti Co Bayden piyada əleyhinə minaların Ukraynaya tədarükünə icazə verib.

Globalinfo.az xəbər verir ki, bu barədə iki amerikalı məmura istinadən “The Washington Post” qəzeti məlumat yayıb.

Onların fikrincə, bu qərar Rusiya qoşunlarının Ukraynanın şərqində irəliləməsi ehtimalı ilə əsaslandırılır.

Mənbələr iddia edir ki, piyada əleyhinə minalardan yalnız Vaşinqtonun Ukrayna ərazisi hesab etdiyi yerlərdə istifadə olunacaq.

Paylaş: