Yaponiyanın Amami adaları yaxınlığında güclü zəlzələ baş verib.
Globalinfo.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, maqnitudası 6,2 bal gücündə qeydə alınan zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib.
Zərərçəkənlər və dağıntılar barədə məlumat verilməyib.
Sunami təhlükəsi elan edilməyib.