irran

İsrailin Müdafiə Ordusu İrandakı obyektlərə hücumun başa çatdığını elan edib.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun Mətbuat xidməti məlumat yayıb.

“Bu yaxınlarda İsrail Müdafiə Ordusu İranın bir neçə bölgəsində hərbi hədəflərə dəqiq və hədəfli zərbələr endirməyi başa çatdırdı”, – məlumatda deyilir.

“Kəşfiyyat məlumatlarına görə, Hərbi Hava Qüvvələri təyyarələri İranın son bir il ərzində İsrail Dövlətinə atdığı raketlərin istehsalı üçün istifadə olunan istehsal müəssisələrinə zərbələr endirdi”, odrunun açıqlamasında deyilir.

Bəyanatda, həmçinin qeyd olunur ki, İran rejimi hücumlarını davam etdirsə İsrail Dövləti vətəndaşlarını qorumaq hüququnu özündə saxlayır.

Həmçinin ölkənin silahlı qüvvələrinin rəsmi nümayəndəsi Daniel Hagari bildirib ki, İran regionda vəziyyətin gərginləşməsinin yeni mərhələsinə başlayacağı təqdirdə İsrail Ordusu cavab verməyə məcbur olacaq.

Qeyd edək ki, daha əvvəl yerli və xarici mətbuat Tehranda partlayış səslərinin eşidilməsi barədə xəbərlər yayıb. Sonra məlum olub ki, İsrail İrana iki dəfə hava zərbəsi endirib. İkinci zərbə Şiraz şəhərinə endirilib.

Ölən və ya xəsarət alanlar, dağıntılar barədə məlumatlar yoxdur.

X X X

İsrail İrana ikinci zərbə endirib.

Globalinfo.az bildirir ki, bu barədə “Report” “The Jerusalem Post” qəzetinə istinadən xəbər verir.

Məlumata görə, zərbəyə Şiraz şəhəri məruz qalıb. Şənbə günü səhər şəhərdə partlayış səsləri eşidilib.

Daha əvvəl paytaxt Tehranda partlayış səslərinin eşidilməsi barədə məlumat yayılıb. Ölən və xəsarət alanlar, hər hansı dağıntının olub-olmaması barədə məlumat yoxdur.

X X X

İsrailin Müdafiə Ordusu İranın hərbi obyektlərinə zərbələr endirdiyini bildirib.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, bu barədə Ordunun Mətbuat xidməti teleqram kanalında məlumat yayıb.

“İran rejiminin İsrail dövlətinə qarşı aylarla davam edən davamlı hücumlarına cavab olaraq, hazırda İsrail Müdafiə Ordusu İrandakı hərbi obyektlərə dəqiq zərbələr endirir”, – məlumatda deyilir.

X X X

İsrail İrana hücum etməyə başlayıb.

Globalinfo.az “Report”a istinadən bildirir ki, bu barədə ABŞ-nin “Axios” portalı mənbələrə istinadən xəbər yayıb.

Qeyd edilir ki, İsrail oktyabrın 1-də ballistik raketlərdən istifadə edərək genişmiqyaslı zərbəsinə cavab olaraq yerli vaxtla şənbə günü səhər tezdən İrana hücum edib.

Bundan əvvəl “Tasnim” agentliyi Tehranda partlayış səslərinin eşidildiyini xəbər verib.

X X X

İran İslam Respublikasının paytaxtı Tehranda partlayış səsləri eşidilib.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Digər təfərrüatlar açıqlanmır.

“Axios” nəşri isə İsrailin İrana hava zərbələri endirdiyini xəbər verib.

Paylaş: