“Bütün sərhəd ölkələr Tehranı əmin ediblər ki, İsrailin onların ərazisindən İrana zərbə endirməsinə izin verməyəcəklər”.
Globalinfo.az xəbər verir ki, bunu İran xarici işlər naziri Abbas Araqçı deyib.
O, regional oyunçuların bu bəyanatını İranın dostluq olaraq dəyərləndirdiyini bildirib.
Araqçı həmçinin Yaxın Şərq ölkələrinin hamısının İrana hücuma qarşı çıxdığını qeyd edib.
Əliyar Xəlil
Globalinfo.az