İran prezidenti Kazanda keçiriləcək BRİKS sammitində iştirak edəcək.
Globalinfo.az xəbər verir ki. bu barədə “Mehr” agentliyi məlumat yayıb.
Qeyd olunur ki, İran prezidenti Məsud Pezeşkian oktyabrın 22-dən 24-dək Kazanda (Rusiya) keçiriləcək BRİKS-in 16-cı sammitində iştirak edəcək.
BRİKS-in əsas sammitində çıxışı ilə yanaşı, Pezeşkian Rusiya prezidenti Vladimir Putin və Çin sədri Si Szinpin də daxil olmaqla, digər ölkələrin rəsmiləri ilə ikitərəfli görüşlər keçirəcək.
Rusiya prezidenti Vladimir Putinin sədrliyi ilə keçiriləcək sammitdə Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikadan olan liderlər aktual qlobal problemləri və BRİKS ölkələri arasında əməkdaşlığı müzakirə edəcək.
Builki sammitin mövzusunun beynəlxalq əməkdaşlığın gücləndirilməsinə və qlobal idarəetmə problemlərinin həllinə yönələcəyi gözlənilir.
Müşviq tofiqoğlu
Globalinfo.az














