6624be6e7b05b6624be6e7b05c17136840786624be6e7b0596624be6e7b05a

İsrail qüvvələri Livanın cənubundakı bir şəhərin bələdiyyə qərargahına zərbələr endirir.

Globalinfo.az xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.

Məlumata görə, İsrailin hava hücumu Livanın cənubundakı böyük şəhərlərdən biri olan Nəbatiyyədə bələdiyyə qərargahını dağıdıb. Zərbələr nəticəsində şəhər meri və beş nəfər mülki vətəndaş həlak olub.

Livanın baş naziri vəzifəsini icra edən Nəcib Mikati əyalətin paytaxtına edilən hücumu pisləyib.

O bildirib ki, şəhər xidmətləriylə və fövqəladə yardımla bağlı vəziyyətin müzakirə olunduğu bələdiyyə şurasının iclası zamanı zərbələr qəsdən endirilib. Bu, İsrailin hücumlarını gücləndirdiyi vaxtdan bəri Livanın dövlət binasına endirdiyi ən əhəmiyyətli zərbə hesab olunur.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: