“Moskvada Paşinyan Əliyevi ikitərəfli görüşə dəvət etdi”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin Xarici Əlaqələr Daimi Komitəsinin sədri Sərkis Xandanyan deyib.
O bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevə xarici işlər nazirlərinin iki günlük görüşünü keçirməyi, Sülh Müqaviləsinin bir və ya iki maddəsinin razılaşdırılmasını, sonra isə COP29-dan əvvəl dövlət başçılarının görüş keçirməsini təklif edib.
“Bildiyimə görə, oktyabrın 7-8-də Moskvada keçirilən qeyri-rəsmi təmaslar zamanı baş nazir Paşinyan Prezident Əliyevə ikitərəfli görüş keçirməyi təklif edib. Daha doğrusu, Bakıda COP-29-dan əvvəl xarici işlər nazirlərinin iki günlük görüş keçirməsi, Sülh Müqaviləsinin bir-iki razılaşdırılmamış maddəsinin razılaşdırılması, daha sonra isə liderlərin sazişi imzalaması təklif edilib. Düzünü desəm, Azərbaycanın reaksiyasından xəbərim yoxdur, amma ümid edirəm ki, razılaşma baş tuta bilər”, – deyə Xandanyan vurğulayıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az