“Türk Dövlətləri Təşkilatı çərçivəsində münasibətlərimiz daha da dərinləşir”.
Globalinfo.az verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O deyib ki, bütün imkanlarımızla qardaş bacılarımızın yanlarında olacağıq:
“Başda Azərbaycan olmaqla, bütün qardaş-bacılarımızın 6 fevral zəlzələlərindən sonra göstərdikləri köməyi əsla unutmayacağıq.İnşallah, biz də onların qara günlərində, bizə ehtiyac duyduqları hər anda, qarşılıq gözləmədən qardaşlarımızın imdadına yetişəcək, bütün imkanlarımızla bu günə qədər olduğu kimi, yenə yanlarında olacağıq”.
“Dildə, fikirdə, işdə birlik deyən mərhum Qaspıralı İsmail bəyin xəyalını gerçəkləşdirmək üçün birlikdə çalışacağıq”, – deyə o vurğulayıb.