Cəlilabadda toy karvanında yol-nəqliyyat hadisəsi baş verib.
Globalinfo.az APA-ya istinadən bildirir ki, hadisə Cəlilabad rayonunun Uzuntəpə kəndi ərazisində baş verib.
Toy karvanında qatılan “VAZ-21015” markalı minik avtomobili bəylə gəlinin olduğu avtomobillə toqquşub. Qəza nəticəsində bir nəfər ağır bədən xəsarətləri alaraq Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.

















