İsrailin Təhlükəsizlik Kabineti İrana zərbə endirməklə bağlı səs verəcək

İsrailin Təhlükəsizlik Kabineti İrana zərbə endirməklə bağlı səs verəcək

İsrailin Təhlükəsizlik Kabineti İrana raket zərbəsi endirməklə bağlı səs verəcək.

Globalinfo.az xəbər verir ki, İsrailin təhlükəsizlik kabineti Baş nazir Benyamin Netanyahu və müdafiə naziri Yoav Qalanta İranın raket zərbəsinə cavabı müəyyən etmək səlahiyyətinin verilməsi təklifini səsverməyə çıxaracaq.

Qeyd edək ki, daha öncə müdafiə naziri Yoav Qalant İsrailin cavabının güclü, dəqiq və gözlənilməz olacağını açıqlayıb. O bildirib ki, İsrailə hücum edən hər kəs bunun bədəlini ödəyəcək.

Müşviq Tofiqoğlu
Globalinfo.az