Israel Prime Minister Benjamin Netanyahu addresses US Congress Washington DC July 24 2024

“İsrailin İranın raket hücumuna cavab vermək hüququ və haqqı var”.

Globalinfo.az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.

Ölkənin baş naziri bildirib ki, İran İsrail dövlətinin mövcudluğu üçün ən böyük təhlükədir.

“İsrailin haqqı var və bunu etmək niyyətindədir. İran tarixin ən böyük ballistik raket hücumunda iki dəfə bizim ərazimizə və şəhərlərimizə yüzlərlə zərbə endirib. İsrail özünü müdafiə etmək və bu hücumlara cavab vermək məsuliyyəti daşıyır və belə də ediləcək”, – Netanyahu deyib.

Paylaş: