272ff3eb f229 3b8e bff5 4d4967d3428b 850

İsrailin şimalına Livandan atəş açılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Belə ki, Kinneret gölünün sahilində yerləşən Tiberiya şəhəri istiqamətində raket atışı qeydə alınıb, buraya ümumilikdə səkkiz mərmi atılıb.

Raket təhlükəsi ilə bağlı ərazidə hava hücumu xəbərdarlığı elan edilib.

 

Paylaş: