1601453279 recep tayyip erdogan 2222

“Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyənin Azərbaycanla sülhün bərqərar olmasına töhfə verməsini istəyir”.

Globalinfo.az xəbər verir ki, bunu , Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Nyu-Yorkdakı Türk Evində jurnalistlərin suallarını cavablandırarkən deyib.

“Biz buna çalışırıq. Ankara Azərbaycan və Ermənistan arasındakı problemlərin həllinə ümid edir. İki ölkə arasında sülh yeni imkanlara və qazanclara qapı açacaq. Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesi də buna uyğun irəliləyəcək”, – deyə Ərdoğan vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: