ABŞ senatorundan Ukrayna müharibəsi haqda qəribə bənzətmə

“Ukrayna çətin ki, Moskva ilə mübarizədən qalib ayrıla bilsin”.

Globalinfo.az xəbər verir ki, bunu amerikalı senator Tommi Tabervill deyib.

Onun sözlərinə görə, Kiyev münaqişədə özünü universitet yığmasına qalib gəlmək istəyən məktəb komandası kimi göstərir.

“Nəticədə aşağı sinif şagirdləri universitet komandası ilə oynayırlar. Onlar qalib gələ bilməzlər. Biz nə olsa edə bilərik, ancaq NATO  və qoşunlarımızı göndərməsək, şans yoxdur”, – senator bildirib.

Ayşən Mustafa
Globalinfo.az