66f571aa6303266f571aa63033172736144966f571aa6302f66f571aa63031

26 sentyabr 2024-cü il tarixində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində ABŞ Dövlət katibi Entoni Blinkenin təşəbbüsü və iştirakı ilə Nyu Yorkda görüş keçiriblər.

Bu barədə Globalinfo.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Tərəflər mümkün qısa müddət ərzində Sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Sazişin yekunlaşdırılması üçün əlavə səylərin göstərilməsi barədə razılığa gəliblər.

Azərbaycan və Ermənistan tərəfləri görüşü təşkil etdiyinə görə dövlət katibinə minnətdarlıq bildiriblər.

***

ABŞ Dövlət katibi Antoni Blinkenin təşəbbüsü və iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyan arasında üçlü görüş başa çatıb.

Görüş Nyu-Yorkda BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində baş tutub.

Görüş mediaya qapalı keçib.

***

Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü başlayıb.

Globalinfo.az xəbər verir ki, bu gün Nyu-Yorkda ABŞ dövlət katibi Antoni Blinkenin təşəbbüsü və iştirakı ilə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında görüş keçirilir.

66f571a9a715a66f571a9a715b172736144966f571a9a715666f571a9a7158 66f571a90c93066f571a90c931172736144966f571a90c92e66f571a90c92f

***10:20

Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü keçiriləcək

Globalinfo.az ABŞ Dövlət Departamentinə istinadən xəbər verir ki, bu gün Nyu-Yorkda yerli vaxtla saat 10:15-də (Bakı vaxtı ilə saat 18:15) ABŞ dövlət katibi Entoni Blinkenin təşəbbüsü və iştirakı ilə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında görüşü baş tutacaq.

Xatırladaq ki, Azərbaycan və Ermənistan XİN rəhbərləri BMT Baş Assambleyasının 79-cu sessiyasında iştirak etmək üçün ABŞ-də səfərdədirlər.

Paylaş: