“Ermənistanın Baş naziri Nikol Paşinyanın hələ 2022-ci il sentyabrın 22-də BMT-nin 77-ci sessiyasındakı çıxışında hər şey aydın idi”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin “Hayastan” fraksiyasının deputatı Artur Xaçatryan deyib.
O, Paşinyanın həmin sessiyada Azərbaycan Prezidenti İlham Əliyevə ünvanlı çıxış etdiyini bildirib:
“Baş nazir Azərbaycan Prezidentinə birbaşa sual ünvanlayıb. O dedi ki, İlham Əliyev Ermənistan Respublikasının ərazisi kimi tanıdığı, yaxud tanımağa hazır olduğu xəritəni İrəvana göstərsin. Yəni Paşinyan açıq şəkildə Azərbaycan Prezidentinə qələmi götürməyi və Ermənistanın sərhədlərinin Bakının maraqlarına uyğun olaraq çəkməyi təklif etmişdi. Bunu özü beynəlxalq platformada demişdi. Hazırda Azərbaycan sərhədlə bağlı proseslərdə hər hansı qeyri-insani hərəkətlərə yol verməyib. Demarkasiya ilə bağlı əsas məsələ budur”.
Ayşən Mustafa
Globalinfo.az