WhatsApp Image 2024 08 20 at 13.02.46

“Cəbhədəki problemlərə görə Ali Baş Komandan postunda olan Rusiya Prezidenti Vladimir Putin istefa verməlidir”.

Globalinfo.az xəbər verir ki, bunu rusiyalı teleaparıcı, Kremlin əsas təbliğatçılarından sayılan Vladimir Solovyov “Rusiya 1” telekanalının efirində deyib.

O, problemlərin həllinə yönəlik addımlardan biri kimi Putinin istefa verməli olduğunu bildirib:

“Sadəcə günahı olanları həbs etmək kifayət deyil. Vəziyyəti tez, aydın şəkildə başa düşənləri yerlərinə təyin etmək lazımdır. Pişiyin hansı rəngdə olmasının fərqi yoxdur, əsas odur siçanları tutsun. Biz spesifik qərarlar verməliyik. Əgər bu, liderin istefasını şərtləndirirsə, o zaman olmalıdır”.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: