Qəzada ölən şəxs şəhid qardaşı imiş – YENİLƏNİB

Şəhid qardaşı avtomobil qəzasının qurbanı olub.

Globalinfo.az Modern.az-a istinadən xəbər verir ki, hadisə Tovuz rayonu ərazisində yerləşən mal-qara bazarında baş verib.

Məlumata görə, rayon sakini Asim Hacımahmudovun idarə etdiyi “Volqa” markalı avtomobil sərt enişli torpaq yolda sürüşərək sürətlə bazara daxil olub. Həmin vaxt bazarda olan 5 nəfəri maşın vurub. Onlardan biri Əliyev Hümmət Ülfət oğlu aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Qeyd edək ki, qəzada həlak olan 2001-ci il təvəllüdlü Hümmət Əliyev Vətən müharibəsi şəhidi Əmrah Əliyevin qardaşıdır.

Hazırda faktla bağlı araşdırma aparılır.

Şəhid qardaşı faciəvi şəkildə həlak oldu

***10:07

Tovuzda ağır yol qəzası baş verib.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində yerləşən mal-qara bazarında qeydə alınıb. Rayon sakini, 1967-ci il təvəllüdlü Asim Hacımahmudovun idarə etdiyi “Volqa” markalı avtomobil sərt enişli torpaq yolda sürüşərək sürətlə bazara daxil olub.

Bu zaman avtomobil bazar ərazisində olan piyadalar: Aslanov Ramiz Bayram oğlu, Əliyeva Göyçək Qələndər qızı, Alıyev Ramil Həsən oğlu, Orucov Asəf Natiq oğlu və Əliyev Hümmət Ülfət oğlunu vurub. Maşının altında qalan şəxslər müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb. Onlardan 2001-ci il təvəllüdlü Hümmət Əliyevin həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Tovuz RPŞ-də cinayət işi açılıb.