“Rusiyanın S-400 sistemləri ABŞ-ın İncirlik bazasında yerləşdirilsə, Ankara F-35 proqramına qayıda biləcək”.
Globalinfo.az xəbər verir ki, bu iddia ilə “Karimerini Qazeti” qəzeti çıxış edib.
Məlumata görə, Ankara Vaşinqtonla apardığı danışıqlarda F-35-ləri almasının qarşılığında S-400-ləri aktivləşdirməyəcəyini bildirib.
Qeyd edək ki, Türkiyənin S-400 sistemlərini alması ABŞ-ın narazılığına səbəb olmuşdu. Sonradan Türkiyə F-35 proqramından çıxarılmışdı.
Əliyar Xəlil
Globalinfo.az