deqati mn

Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsində tanınmış azərbaycanlı fotoqraf Rza Deqati ilə görüş keçirilib.

Bu barədə Globalinfo.az-a Müdafiə Nazirliyindən bildirilib.

Əvvəlcə R.Deqatiyə Nazirliyin nəşriyyat, multimedia və redaksiya fəaliyyəti barədə geniş məlumat verilib.

Görüşdə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında böyük xidmətlər göstərən R.Deqatinin ölkəmizin ən ağır və faciəvi günlərində, taleyüklü anlarında xalqımızın yanında olduğu vurğulanıb. Onun Birinci Qarabağ və Vətən müharibəsi, eləcə də tarixi zəfərdən sonrakı dövrlərdə erməni vandalizmini və terrorçuluğunu ifşa edən fəaliyyətindən, Azərbaycanın təbiətini, adət-ənənələrini və mədəniyyətini təbliğ edən çoxşaxəli işlərindən bəhs edilib.

Müdafiə Nazirliyinin kommunikasiya sahəsində fəaliyyət göstərən bir qrup həyəti ilə fotoqrafiya sənətinə həsr edilmiş master-klas keçirilib. İştirakçılara foto sənətinin inkişaf mərhələləri, fotoqrafiyanın tarixi, janrları, həmçinin müasir foto avadanlıqların imkanları haqqında məlumat verilib. Fotoqrafiya sənətinin incəliklərindən danışan R.Deqati fotoda əsas məqamlar olan dokumentalizm, həqiqilik, dolğunluq və reallığa diqqət yetirilməsinin vacibliyini xüsusi qeyd edib.

Master-klas iştirakçılarına azərbaycanlı fotoqrafın həyat və yaradıcılığını əks etdirən film təqdim olunub.

Görüş iştirakçılarının çoxsaylı suallarını cavablandıran R.Deqati zəngin xatirələrini bölüşüb.

Tədbirin sonunda Azərbaycan Ordusunun fəaliyyətini, xüsusilə Vətən müharibəsi dövrünü əks etdirən fotosərgiyə baxış keçirilib.

cc99aa01b4cc20374ee07d5a91634ebc 8009ab70e25900dc3ad024ed6b967231 c8d7e1a5ca2e8d0dda3257a00ba03a77 9d1bf2c7cc2ce0266b3b79790b82770e a8449cad3879b63b764faf09a13261a4

Paylaş: