İran ABŞ-dan gərginliyin azaldılması və atəşkəslə bağlı təklif alıb.
Globalinfo.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqayi brifinqdə danışıb.
O, təkliflərin mövcud olduğunu təsdiqləsə də, məzmunu barədə ətraflı danışmaqdan imtina edib.
Bəqayinin sözlərinə görə, hazırda vasitəçilər iyul ayında tərəflər arasında yaranmış gərginliyin azaldılması istiqamətində çalışırlar.
Bundan əvvəl İran ABŞ-ın hücumlarını davam etdirəcəyi təqdirdə “tam məhvetmə mərhələsinə” keçəcəyi ilə hədələmişdi. İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi-Kosmik Qüvvələrinin komandanı Məcid Musəvi bildirmişdi ki, ölkənin cənub sahillərində və Hörmüz boğazında vəziyyət sabitləşənədək zərbələr davam edəcək.
Eyni zamanda, Qərb KİV-lərinin məlumatına görə, Vaşinqtonun İrana qarşı genişmiqyaslı müharibəyə hazırlıq planları da müzakirə olunur.
Əliyar Xəlil
Globalinfo.az