turkiye gemisi

İyulun 19-da Rusiyanın üç raketlə zərbə endirdiyi Türkiyəyə məxsus “GOLDEN LEO” mülki yük gəmisində daha dörd dənizçinin meyiti aşkarlanıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bunu Odessa Vilayət Prokurorluğunun mətbuat xidməti bildirib.

    Məlumata əsasən, bununla da Rusiya hücumu nəticəsində həlak olanların sayı 10 nəfərə çatıb. Ölənlərdən 9-u əcnəbi ekipaj üzvü, 1-i isə ukraynalı bələdçi (lotsman) olub.

    “İyulun 20-si səhər saatlarına olan məlumata görə, düşmənin xarici mülki gəmiyə endirdiyi zərbə nəticəsində 10 nəfərin öldüyü təsdiqlənib. Daha 7 nəfər isə yaralanıb”, – deyə Odessa Vilayət Prokurorluğundan bildirilib.

    Paylaş: