
Yaponiyada isti havalarla mübarizə üsulu gündəm olub.
Globalinfo.az xəbər verir ki, bununla bağlı sosial mediada görüntülər yayılıb.
Bildirilib ki, sözügedən ölkədə isti hava şəraitində çalışan insanlar üçün hazırlanmış təknəfərlik soyutma kabinləri istifadəyə verilib.
“İnsan soyuducusu” adlandırılan “Do Hiemon Box” adlı qurğu cəmi bir neçə dəqiqə ərzində bədən temperaturunu aşağı salmağa kömək edir.
Məlumata görə, kabinin daxili temperaturu 15 dərəcə saxlanılır.
İstifadəçi oturduqdan sonra baş, boyun, çiyin və bel nahiyəsinə 5 dərəcəlik soyuq hava üfürülür.
Şirkət bildirir ki, təxminən 5 dəqiqə ərzində nəzərəçarpacaq sərinləmə hiss olunur. 10 dəqiqəlik istifadə isə istilik vurmasının əlamətlərini azaltmağa kömək edə bilər.
Qurğu əsasən tikinti, zavod, anbar və açıq havada çalışan işçilər üçün nəzərdə tutulub. Üç fərqli soyutma rejiminə malik olan kabin 20 dəqiqədən sonra avtomatik sönür və adi portativ kondisionerlərlə müqayisədə təxminən iki dəfə az elektrik sərf edir.
Əliyar Xəlil
Globalinfo.az