“ABŞ İrana qarşı quru əməliyyatına başlayacağı təqdirdə Xark adasının sakinləri amerikalı hərbçiləri “qarşılayacaq”.
Globalinfo.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi deyib.
“Məncə, orada amerikalı əsgərləri “isti qarşılamaq” üçün gözləyən çoxlu insan var”, – deyə diplomat bildirib.
Xatırladaq ki, iyulun 8-də ABŞ Prezidenti Vaşinqtonla Tehran arasında qüvvədə olan atəşkəsin artıq başa çatdığını açıqlamışdı. O, İran rəhbərliyini sərt ifadələrlə tənqid etmiş, həmçinin Xark adasının ələ keçirilməsi ehtimalını da istisna etməmişdi.
Əliyar Xəlil
Globalinfo.az