Ağcaqanadların bəzi insanları digərlərindən daha çox dişləməsinin səbəbi ilə bağlı maraqlı məlumatlar açıqlanıb.
Globalinfo.az xəbər verir ki, araşdırmalara görə, ağcaqanadlar əsasən I qan qrupuna malik şəxsləri seçir.
Lakin mütəxəssislər bildirirlər ki, bu fərq düşündüyümüz qədər böyük deyil.
Alimlərin fikrincə, ağcaqanadların seçiminə əsas təsir edən amillər dərinin özünəməxsus qoxusu, dəridə yaşayan bakteriyalar və nəfəs zamanı xaric edilən karbon qazıdır.
Mütəxəssislər vurğulayırlar ki, ağcaqanadlar insanları yaşına görə seçmir. Buna görə də uşağın daha çox dişlənməsi orqanizminin yaydığı kimyəvi siqnallardan qaynaqlanır.
Beləliklə, ağcaqanadların kimisə daha çox dişləməsi əsasən qan qrupundan deyil, bədənin yaydığı bioloji və kimyəvi xüsusiyyətlərdən asılıdır.
Günel Cəlil
Globalinfo.az