“Ukraynanın Moskvaya hücumlarına ayrıca cavab verəcəyik”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik deyib.
Diplomatın sözlərinə görə, Ukrayna Prezidenti Volodimir Zelenski Qərbin dəstəyi ilə heç olmasa terror aktları törətmək qabiliyyətini nümayiş etdirməyə çalışır, lakin buna nail ola bilmir.
“Paytaxta hücum cəhdinə görə xüsusi “təşəkkür” olacaq”, – deyə Miroşnik yazıb.
Qeyd edək ki, iyulun 20-də səhər saatlarında Moskva meri Sergey Sobyanin gecə ərzində paytaxt istiqamətində 400-dən çox Ukrayna PUA-sının hərəkət etdiyini açıqlayıb.
Moskva vilayətinin qubernatoru Andrey Vorobyov hücumlar nəticəsində iki nəfərin xəsarət aldığını bildirib.
Rusiya İstintaq Komitəsi Moskva bölgəsinə PUA hücumu ilə bağlı terror aktı maddəsi üzrə cinayət işi açıb.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, iyulun 20-nə keçən gecə hava hücumundan müdafiə qüvvələri ölkənin müxtəlif bölgələri, o cümlədən Moskva regionu üzərində ümumilikdə 381 Ukrayna pilotsuz uçuş aparatını məhv edib.
Əliyar Xəlil
Globalinfo.az