pezeskian 09

“Pezeşkian administrasiyası qonşu ölkələrlə münasibətlərin yaxşılaşmasına fokuslanmalıdır”.

Globalinfo.az xəbər verir ki, bunu İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyası sədrinin müavini Abbas Moqtadai deyib.

Onun sözlərinə görə, M.Pezeşkian qonşularla münasibətləri yaxşılaşdırıb, ölkənin iqtisadi artımına nail olmalıdır.

Qeyd edək ki, İran Prezidenti Məsud Pezeşkian ölkə başçısı olduqdan sonra əsas siyasətinin qonşularla münasibətlərin normallaşdırılması olacağını bildirib. Lakin hazırda İranın xüsusilə cənubdakı və şimaldakı qonşuları ilə münasibətləri heç də yaxşı deyil. İran xüsusilə Azərbaycanın Ermənistan üzərindən Zəngəzur dəhlizinə sahib olmasına qarşı çıxır.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: